SON XƏBƏRLƏR

Zahidan zindanında daha bir məhkum edam edilib

2022.05.21, 06:40
Zahidan zindanında daha bir məhkum edam edilib

Gunaz.tv

Bəluç fəalların verdiyi məlumata görə, edam edilən şəxs 50 yaşlı İsmayıl Şəhbəxş Əbdül oğludur.

Məlumatda Şəhbəxşin 2019-cu ildə həbs edildiyi, məhkəmə zamanı o narkotik maddələrin alveri ilə bağlı barəsində irəli sürülən ittihamları qəbul etmədiyi bildirilib.

Qeyd edək ki, İran hökuməti bir sıra əyalətlərdə, özəliklə Sistan-Bəluçistan və Xuzistan əyalətlərində siyasi fəallar və müxalif şəxsləri narkotik maddə alverçisi ittihamı ilə edama məhkum edir. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar