SON XƏBƏRLƏR

Zahidanda 5 etnik bəluç edam edilib

2022.11.09, 08:35
Zahidanda 5 etnik bəluç edam edilib

Gunaz.tv

Bəluç fəalların yaydığı məlumata görə, Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində daha 5 etnik bəluç edam edilib.

Onlardan ikisi Raşid Bəluç və Şoeyb Askani adlı gənclər bundan öncə 7 hərbçini öldürməkdə ittiham olunduqları üçün edam cəzasına məhkum edilmişdilər.

Adı çəkilən şəxslərin Pakistandan İrana keçdikləri zaman həbs edildikləri bildirilir.

Əziz Naruyi, Amanullah Alizehi və Nemətullah Bərahuyi isə narkotik maddələrin alverində günahladırıldıqları üçün edam ediliblər.

Bir müddət bundan öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-ci ildən 7 oktyabr 2022-ci ilə kimi İranda 528 nəfər edam edilib və bu öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.

10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar