SON XƏBƏRLƏR

Zahidandakı nümayişlərdə etnik sünni bəluçlar güllələnib

2022.10.29, 06:20
Zahidandakı nümayişlərdə etnik sünni bəluçlar güllələnib

Gunaz.tv

Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində cümə namazından sonra başlayan nümayişlərdə hökumət qüvvələri etnik sünni bəluçlara qarşı odlu silahlardan atəş açıb.

Təsdiqlənmiş məlumatlara görə, biri Famil Kəbdani adlı uşaq olmaqla 3 etnik bəluç öldürülüb, 50 nəfər isə güllə yarası alıb.

Bəluç fəalar öldürülən və yaralananların sayının çox olduğunu, ancaq hələlik onların kimliklərini dəqiqləşdirə bilmədiklərini bildiriblər.

Bununla yanaşı əyalətin Səravan şəhərində də etiraz aksiyaları keçirilib və xüsusi təyinatlı qüvvələr əhaliyə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Oktyabrın 28-i günortadan sonra başlayan etiraz nümayişləri bir neçə əyalətdə də davam edib və bir çox şəhərlərdə aksiyaçılarla hökumət məmurları arasında qarşıdurmalar yaşanıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar