SON XƏBƏRLƏR

Ahıska türkləri ilə bağlı film. Çəkilişlər tarixi ərazilərdə də aparılacaq

2021.10.20, 07:36
Ahıska türkləri ilə bağlı film. Çəkilişlər tarixi ərazilərdə də aparılacaq

Gunaz.tv
Ahıska türkləri ilə bağlı film Çəkilişlər tarixi ərazilərdə də aparılacaq Ahıska türklərindən bəhs edən sənədli filmin çəkilişi ilin sonuna qədər başa çatacaq. Ahıska türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanovun "OLAYLAR"İA-ya verdiyi məlumata görə, Azərbaycan Teleradio Verilişləri Qapalı Tipli Səhmdar Cəmiyyəti tərəfindən çəkilən filmdə Ahıska türklərinin həyat şəraiti, onların sosial və iqtisadi vəziyyəti, siyasi proseslərdə iştirak imkanları, eləcə də geriyə dönmə istiqamətində ortaya çıxan problemlər barədə danışılacaq. Cəmiyyət sədrinin sözlərinə görə, çəkilişlər təkcə Azərbaycanda deyil, eləcə də Ahıska türklərinin tarixən yaşadıqları ərazilərdə də aparılacaq. Ahıska türklərinin doğma torpaqlarından sürgün edilməsi və buna səbəb olan amillər barədə bir sıra tarixçilərin fikirləri də filmdə əksini tapacaq. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar