SON XƏBƏRLƏR

Əhmədinejad rus ordusuna qarşı savaşan Ukraynaya dəstək verdi

2022.03.03, 08:20
Əhmədinejad rus ordusuna qarşı savaşan Ukraynaya dəstək verdi

Gunaz.tv

Sabiq prezident özünün sosial media hesabında ali rəhbər Əli Xamneyi və başqa İran rəsmilərindən fərqli mövqe ortaya qoyub. 

“Sizin misilsiz və şərəfli müqavimətiniz bəşəriyyət düşmənlərinin şeytani planlarını puç edir. İnanın ki, İran xalqı sizin qəhrəmanlığınıza heyrandır və yanınızdadır”-deyə, keçmiş prezident yazıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi hücumu başlayandan bu günə kimi başda Əli Xamneyi və prezident İbrahim Rəisi olmaqla İran rəsmiləri Rusiyanın işğalçı siyasətinə haqq qazandırıb.

Onlar Ukraynanı Amerika və NATO-nun əlaltısı kimi qələmə verən bəyanatlar yayıblar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar