SON XƏBƏRLƏR

Mahmut Asmalı: "Dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik"

2021.11.13, 10:49
Mahmut Asmalı: "Dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik"

Gunaz.tv

Bunu noyabrın 14-17-si tarixlərində Bakıda təşkil olunacaq 25-ci Beynəlxalq Biznes Forum çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı deyib.

M.Asmalının sözlərinə görə, Forum çərçivəsində B2B görüşləri də keçiriləcək:

"Bir müddət əvvəl Azərbaycan və Türkiyə prezidentləri mühüm bir sənədə imza atdılar və orada bildirdilər ki, biz bu sənədi imzaladıq indi iş adamlarının öhdəsinə bunu reallaşdırmaq düşür.

Biz də məhz bu tədbirdən 3 gün sonra iş adamlarını yığıb Azərbaycana gəldik. İnanırıq ki, bu forum da iş adamlarımızın qarşılıqlı fəaliyyətinə dəstək verəcək". (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar