SON XƏBƏRLƏR

Aİ-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi: İran raket sınaqlarını dayandırmalıdır

2021.10.20, 07:36
Aİ-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi: İran raket sınaqlarını dayandırmalıdır

Gunaz.tv

GünAz TV: Dünən axşam saatlarında BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı keçirdiyi görüşdə Avropa İttifaqının bu qurumdakı nümayəndəsi rəsmi Tehrandan öz raket sınaqlarını dayandırmasını istəyib.

 

Görüşdə çıxış edən BMT-nin rəsmilərindən biri isə husilərin Səudiyyə Ərəbistanına atdığı raketlərin qalıqları üzərində, eləcə də onların Yəməndə pilotsuz uçan aparatlardan istifadə etdikləri ilə bağlı araşdırmaların davam etdiyini deyib. Onun sözlərinə görə, Sepahın Qüds Briqadasının komandanı Qasım Süleymaninin İraqa səfəri ilə bağlı da araşdırmalar aparılır.

 

Avropa İttifaqının TŞ-dakı nümayəndəsi isə öz növbəsində bildirib ki, İranın raket proqramı regionda xaos yaradır və buna görə də rəsmi Tehran regionda destabilizasiya yaradan raket sınaqlarına son verməlidir.

 

O, daha sonra İranla 5+1 bir ölkələri arasında imzalanmış nüvə razılaşması ilə bağlı Avropa İttifaqının mövqeyini bir daha təsdiqləyib. Halbuki əksər ölkələr bu razılaşmanın mənfi nəticələrə səbəb olduğu qənaətindədirlər. Belə ki, rəsmi Tehran bu razılaşmanın verdiyi imtiyazlar nəticəsində əldə etdiyi böyük gəlirləri regionda fəaliyyət göstərən silahlı terror qruplaşmaların maliyyələşdirməsinə sərf edir.

 

İclasda çıxış edən ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo isə İranın BMT qətnamələrinə əməl etmədiyini və dünyanın hər bir bölgəsində fəaliyyət göstərən terroristlərə dəstək verdiyini bildirib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar