SON XƏBƏRLƏR

Yair Lapid: “Yalnız etibarlı bir hərbi təhdid İranın nüvə proqramının qarşısını ala bilər”

2021.12.01, 10:05
Yair Lapid: “Yalnız etibarlı bir hərbi təhdid İranın nüvə proqramının qarşısını ala bilər”

Gunaz.tv

İranla danışıqların müsbət nəticə verə biləcəyinə ümid bəsləmədiyini deyən Lapid deyib ki, İran sadəcə olaraq, nüvə silahı əldə etmək üçün vaxt və fürsət qazanmağa çalışır.

“İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün Tehrana qarşı hərbi təhdidlər gücləndirilməlidir.

İrana qarşı sanksiyalar nəinki ləğv edilməməli, əksinə gücləndirilməlidir. Hesab edirik ki, yalnız etibarlı bir hərbi təhdid İranın nüvə proqramının qarşısını ala, onun nüvə yarışmasını dayandıra bilər”, -deyə İsrailin xarici işlər naziri Yair Lapid Parisdə Fransa prezidenti Emmanul Makronla keçirdiyi görüşdə bildirib.

İsrail Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatında qeyd edilir ki, Lapid Makronla görüşdə həm də nüvə razılaşmasının alternativi kimi irəli sürülən “B planı” barədə də danışıqlar aparıb.

İsrailin hazırladığı “B planı”nda isə İranın nüvə mərkəzlərinə mümkün hücumu nəzərdə tutur.

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar