SON XƏBƏRLƏR

Makıda mühacir kürdlər türklərə hücum edib-3 nəfər öldürülüb-VİDEO

2022.07.11, 09:01
Makıda mühacir kürdlər türklərə hücum edib-3 nəfər öldürülüb-VİDEO

Gunaz.tv

Yerli azərbaycanlıların yaylaq sahələrini mənimsəmək məqsədilə edilən hücum zamanı silahlı kürdlər əhaliyə atəş açaraq 3 nəfəri öldürüblər.

Hadisədən sonra yerli azərbaycanlıların etiraz aksiyalarının genişlənməsindən qorxan hakimiyyətin Makının İran parlamentindəki nümayəndəsi Məhəmməd Əlipur Rəhmətini bir qrup təhlükəsizlik və polis qüvvələri ilə birlikdə hadisə yerinə göndərib.

"Qanun və hakimiyyət bizi deyil, silahlı kürdləri dəstəkləyir. Bu belə davam edərsə kəfən geyinib və əhali ilə birgə bölgədə terrorçuluqla məşğul olan qruplara qarşı savaşacağam.

Elə etməyin ki, ölü sayı 3-dən 10-a, 20-yə çatsın. Bu günə kimi harada idiniz, niyə xalqın təhlükəsizliyini təmin etmirsiniz. Onlar PEJAK-ın adamlarıdılar"-deyə, qardaşı öldürülən Nado kəndinin qadınlarından biri millət vəkili və onu müşayiət edən hökumət məmurlarına xitabən deyib.

O, hakimiyyət nümayəndələrinin bu hadisəyə silahlı qarşdıdurma deməsinə etiraz edib, bunun kürdlərin bir tərəfli hücum əməliyyatı olduğunu xatırladıb.

"Buna qarşıdurma deyirsiniz. Bunun harası qarşıdurmadır? Kürdlər bizim torpaqlarımızı zəbt etmək üçün silahlı hücum ediblər. Bizim silahımız olmadığı halda bu necə qarşılıqlı toqquşma adlandırıla bilər?"-deyə, nadolu qadın bildirir.

Başqa bir kəndli isə hökumət nümayəndələri və millət vəkilinə yerli əhalini məhv etmək planının olduğunu söyləyir.

"Bizi məhv etmək istəyirlər. Bura türklərin tarixi torpağıdır. Silahla bizim torpaqlarımıza soxulub və türklərin qanının tökürlər"-deyə, başqa bir kəndli hökumətin yerli türkləri müdafiə etmədiyini tənqid edir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar