SON XƏBƏRLƏR

AZAL Bakıdan Tiflisə uçuşlara başlayır

2022.06.22, 10:59
AZAL Bakıdan Tiflisə uçuşlara başlayır

Gunaz.tv

Bu barədə "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı-Tiflis-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi  www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

Bildirilib ki, Bakı-Tiflis-Bakı istiqamətində eyni zamanda "Buta Airways" aşağıbüdcəli aviaşirkəti hər gün  iki dəfə uçuşlar həyata keçirir.
Qeyd olunan reyslərə müəyYən  edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Gürcüstana səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl ölkəyə daxil olma qaydaları ilə tanış olmaq tövsiyə olunur: //www.azal.az/ru/information/covid-georgia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla buradan tanış olmaq mümkündür:

//www.azal.az/ru/information/covid-azerbaijan. (modern.az)

Ayxan

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar