SON XƏBƏRLƏR

Bakıdan Şuşaya və Ağdama avtobus reysləri açılır

2021.12.14, 10:01
Bakıdan Şuşaya və Ağdama avtobus reysləri açılır

Gunaz.tv

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir.

Bu məqsədlə daşıyıcıların seçilməsi üçün açıq müsabiqə elan edilib. Müsabiqədə iştirak haqqı 50 manatdır. İddiaçılar dekabrın 27-nə qədər ərizə ilə quruma müraciət etməli, yanvarın 6-na qədər isə əsas sənədləri, o cümlədən balanslarındada olan nəqliyyat vasitələri barədə məlumatları təqdim etməlidirlər.

"Daşıyıcılar seçilərkən rahat, ekoloji cəhətdən təmiz avtobusları olanlara üstünlük veriləcək. İlkin mərhələdə Qarabağa reyslər həftədə 2 dəfə olacaq. Əgər daşımalar rentabelli olarsa, reyslərin sayı artırıla bilər", - deyə AYNA-dan bildirilib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar