“Bakının enerji layihələri Avropa üçün Azərbaycanın strateji dəyərini artırır” –Zaur İbrahimli

03.02.2023, 18:55

Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının Bakıda keçirilməsi son səkkiz ildə Azərbaycanın reallaşdırdığı enerji strategiyasının qlobal əhəmiyyətini bir daha əks etdirir.

Gunaz.tv Quote | Gunaz article

Bunu AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və zamanı qabaqlayan, səkkiz il əvvəl bu günün ehtiyaclarını nəzərə alan, strateji planlaşdırmanın uğurlu nümunəsi olan Azərbaycanın enerji ehtiyatlarının ixracı ilə əlaqədar layihələr qlobal müstəvidə enerji təhlükəsizliyi və dayanıqlığı problemlərinin həllinə mühüm töhfə verir. 

Rəsmi Bakının təşəbbüskarı olduğu transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Azərbaycanın strateji tərəfdaş kimi dəyərini artırır. 

29 il əvvəl Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın suverenliyinin, sosial-iqtisadi tərəqqisinin qarantı oldu. Bu gün Prezident İlham Əliyev tərəfindən reallaşdırılan transmilli enerji, nəqliyyat layihələri isə ölkəmizin qlobal dəyişikliklər fonunda yeni inkişaf perspektivlərini yaradır.

2011-ci ildə başlayan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrildi. Azərbaycanın bu təşəbbüsünün əhəmiyyəti illər sonra daha yaxşı dərk edilməyə başlayıb. 

Ötən il fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısında ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokştaynın çıxışını nümunə kimi qeyd etmək olar: “Çox şadıq ki, Cənub Qaz Dəhlizi vaxtında həyata keçirilib. Bu gün bu dəhlizin əhəmiyyəti daha yaxşı qavranılır. Layihə, nəinki Avropanın etibarlı qaz təchizatı, həmçinin qaz bazarının inkişafı üçün vacib layihədir. 

Biz bu layihəyə dəstək verdiyimizə görə məmnunuq”.

“Azərbaycanın zamanı qabaqlayan daha bir təşəbbüsü Avropaya yaşıl enerji idxalıdır. Artıq bununla bağlı ilkin razılaşmalar əldə edilib. Bu unikal təşəbbüs Azərbaycanda əldə edilən yaşıl enerjini min kilometrlik sualtı kabel vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. 

Avropa İttifaqının iki üzvü – Macarıstan və Rumıniya bu layihədə tərəfdaş kimi iştirak edir. Bu gün Bakıda işə başlayan Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası da bu baxımdan tarixi bir hadisədir, 9 il əvvəl olduğu kimi daha bir mühüm transmilli layihənin konseptual məsələləri müzakirə edilir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyasını işləyəcəklər. 

Azərbaycanın pozitiv keçmiş təcrübəsi deməyə əsas verir ki, ölkəmiz Avropaya yaşıl enerji idxalında əsas tədürükçülərdən biri olmağı bacaracaq. Bu isə ölkəmizin inkişaf üçün növbəti strateji addımlardan biridir”, – deyə Z.İbrahimli diqqətə çatdırıb.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə Azərbaycana dəstək banneri asılıb

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19