SON XƏBƏRLƏR

Bakının rayonlarının ləğvi təklif olundu

2022.02.15, 10:50
Bakının rayonlarının ləğvi təklif olundu

Gunaz.tv

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Gəncə şəhərinin rayonlarının ləğvi haqqında təkliflərə münasibət bildirən deputat Fazil Mustafa deyib. O qeyd edib ki, eyni dəyişiklik Bakının rayonlarında da həyata keçirilməlidir: 

“Bütün respublika ilə bərabər bunu etmək lazımdır. Məsələn, Sumqayıtda şəhər icra hakimiyyəti, bələdiyyələr və qəsəbələr var. Onları şəhərə qatmaq lazımdır. 


İdarəetməni nə qədər tez sadələşdirsək, əhali üçün o qədər yaxşı olar. İqtisadi əsaslar üzərində rayonların idarə olunması daha faydalı olardı. Kiçik rayonlar sistemindən çıxmalıyıq”. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar