SON XƏBƏRLƏR

Pakistanda zəlzələ zamanı azı 20 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb

2021.10.20, 07:36
Pakistanda zəlzələ zamanı azı 20 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb

Gunaz.tv

Bu barədə "Dawn" qəzeti Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, təbii fəlakət zamanı 300-dən çox insan xəsarət alıb. 

Nəşrin məlumatına görə, yeraltı təkanlar əyalətin Kvette, Sibbi, Pişine, Çaman və digər şəhərlərində hiss edilib. Hakimiyyət orqanları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və qiymətləndirilməsi ilə məşğuldur. Qeyd edilir ki, əyalətin inzibati binaları dağılıb. 

Xatırladaq ki, Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələ baş verib.  (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar