SON XƏBƏRLƏR

AKP bağlanma ağrısını çıxardır.... AKP çevrilişi davam edir...! .Şərifə Özdəmir

2021.10.20, 07:36
AKP bağlanma ağrısını çıxardır.... AKP çevrilişi davam edir...! .Şərifə Özdəmir

Gunaz.tv
qadin.jpg AKP bağlanma ağrısını çıxardır.... AKP çevrilişi davam edir...! AKP bağlanma ağrısını çıxardır.... AKP çevrilişi davam edir...! Amma bu çevriliş ehtirasa, kinə, intiqama döndü. Artıq edilənlər işin suyunu çıxardı. Alqışlarla yola salınan ziyalılarımızı, paşalarımızı bu vətən əlbəttə ki bağrına basacaq. Yaxşı, bu işlərin dəzgahlayıcılarını kim bağrına basacaq? Öyündüyünüz Böyük Orta Şərq Proyekti fırıldağının həmsədrliyi vəzifəsi belə sizi qurtarmağa çatmayacaq. Bu millətin əsgəri, bu millətin məmləkətini satışa çıxartmayacaq və çıxanında yaxasına yapışacaq şərəfli bir milləti var. Sizə bu səlahiyyəti verənlər, Atatürkün qurduğu respublika rejimini yıxmaq istəyənlər Türkiyə sevdalılarına əlbəttə ki, hesab verəcəklər. Vətəninə edilən hər cür hücumu qəhrəman tərəfindən qarşılayan, xalqını şüurlandıran ziyalılarımızı, əsgərlərimizi, jurnalistlərimizi göz altına alaraqmı susduracağınızı sanırsınız? Bizdən milyonlarla var.. Hansımızı susduracaqsınız? Bu yaşananlar Türkiyə Cümhuriyyəti tarixinin bir utanc vəsiqəsi olaraq tarixin səhifələrinə yazıldı. AKP-ni qorumaq üçün hər cür axmaq hərəkəti etməkdən çəkinməyən AB-Ş-ın meyarları arasında ölkədə yaşananlar cadugər ovudur ki, yaşanan bu qanunsuzluğa səs çıxarda bilmir? Türk xalqının Atatürkə, dünyəvi respublika rejiminə və unitar dövlət quruluşuna bağlılığını və sevgisini içinə həzm edə bilməyən AKP iqtidarı xalqa hesab vermək məcburiyyətindədir. Adını Ergenekon deyə AKP qoydu. Fətullahçı gladyonun satılıq kiçik adamları oynadı. Satılmış mətbuat Tərəf, Zaman yazdı... Bu ssenari, bu da ilin oyunçuları... Heç kim yaşanan bu qanunsuzluq qarşısında ümidsizliyə qapılmasın. Türkiyə Atatürk qanunlarına bağlı dünyəvi bir respublika olaraq yoluna davam edəcək. Bu millətin ən şanlı dastanlarından birinin adını terror əməliyyatına vermə cürəti göstərərək Türklük şüurunu zəiflətməyə çalışanlar, Türk ordusuna dil uzadanlar isə ya özlərinə dönüb Kasımpaşalı olacaqlar ya da bunun hesabını bütün Türk xalqına olduğu kimi Kasımpaşalılarada verəcəklər. Şərifə Özdəmir Beltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar