SON XƏBƏRLƏR

Makron İrandan Vyana danışıqlarına konstruktiv mövqedən yanaşmasını tələb edib

2021.11.30, 07:52
Makron İrandan Vyana danışıqlarına konstruktiv mövqedən yanaşmasını tələb edib

Gunaz.tv

O deyib ki, aparılan müakirələr hər iki tərəfindən dərhal nüvə razılaşmasına qayıtması ilə nəticələnməlidir.

“Hesab edirik ki, İran Vyana danışıqlarına konstruktiv mövqedən yanaşmalıdır”, -deyə Fransa prezidenti Emmanuel Makron bildirib.

Yayılan məlumata görə, telefon danışığında İran nümayəndə heyətinin “ciddi bir iradə” ilə Vyanaya getdiyini iddia edən İran prezidenti İbrahim Rəisi fransalı həmkarından xahiş edib ki, Vyana toplantısında iştirak edən ölkələrlə əməkdaşlıq edərək, danışıqların tez bir zamanda nəticə verməsinə və İrana qarşı tətbiq edilən sanksiyaların ləğv olunmasına yardım etsin.


“Hesab edirik ki, danışıqlar ölkəmizə qarşı tətbiq edilmiş sanksiyalarfın lğvi ilə nəticələnməlidir”, -deyə İran prezidenti İbrahim Rəisi bildirib.

Xatırladaq ki, 5 aylıq fasilədən sonra İranla Qərb arasında nüvə razılaşmasının dirçəldilməsi üçün Vyanada aparılan danışıqların 7-ci mərhələsinə dünən axşam saatlarında start verilib.

Bir saat davam edən dünənki danışıqların detalları açıqlanmasa da, Avropa tərəfi müzakirələrin nəticə verə biləcəyinə az da olsa ümid etdiyini bildirib.

Qeyd edilir ki, Vyana danışıqları daha iki gün davam edəcək. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar