Albaniya polisi İran rejiminin Xalq Mücahidləri Təşkilatına qarşı terror şəbəkəsinin üzvlərini zərərsizləşdirib

24.10.2019, 12:43

GünazTV: Albaniya polisi oktyabrın 23-də bəyanat yayaraq İran rejiminin bu ölkədə fəaliyyət göstərən Xalq Mücahidləri Təşkilatına qarşı terror şəbəkəsinin üzvlərinin zərərsizləşdirilməsindən xəbər verib.

 

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Albaniya polisinin rəisi Ardi Veliu deyib ki, İrana bağlı terror şəbəkəsinin üzvləri qarşıdan gələn Novruz bayramı şənliklərində “3-cü Əşrəf” adı ilə tanınan Xalq Mücahidlərinin Tirana yaxınlığındakı qərargahına qarşı bir sıra terror hücumları planlaşdırıbmış: “Bu terror şəbəkəsi “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulan “Qüds” qüvvələri tərəfindən idarə olunub. Şəbəkə üzvləri həmçinin Türkiyədəki mütəşəkkil cinayətkar qruplaşmarla əlaqədə olaraq, terror planını həyata keçirimək üçün Xalq Mücahidləri Təşkilatının keçmiş üzvlərindən birinin əməkdaşlığından da istifadə edib. Bu terror şəbəkəsini, həm də İranın təhlükəsizlik orqanlarından olan iki yüksək rütbəli rəsmisi birbaşa Tehrandan yönləndirirmiş” –deyə Albaniya polisinin rəisi Ardi Veliu əlavə edib.

 

Ardi Veliu, terror şəbəkəsinin zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyatın detallarını, terrorçuların yaxalanıb və ya nəzarət altında saxlanılmasını açıqlamayıb.

 

Xatırladaq ki, , əvvəllər İran rejiminə qarşı silahlı mübarizə aparan, hərbi qərargahları İraqda olan Xalq Mücahidlər Təşkilatının üzvləri, 2003-cü ildə Amerika ordusunun İraqa hücumundan sonra tərksilah edilib və bir müddətdən sonra onun 3 minə yaxın üzvü İraqdan Albaniyaya köçürülüb.

 

Zərərsizləşdirilən İrana bağlı terrorçular

 

 

Qeyd edək ki, son illər xarici ölkələrdə İran rejiminə qarşı mübarizə aparan yüzlərlə iranlı müxalif, ETTELAAT-ın və “Sepah”ın “Qüds” briqadasının mülki geyimli əməkdaşlarının həyata keçirdiyi terror aktları nəticəsində qətlə yetirilib. 

 

İran Xalq Mücahidləri Təşkilatının Albaniyadakı "3-cü Əşrəf" qərargahı

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24