Aleksey Navalnı xəstəxanaya köçürüldü

2021-04-19 14:05

Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanaya aparılıb.

Gunaz.tv Quote | Gunaz article

"Moscow Times"ə istinadən verilən xəbərə görə, bu barədə Navalnının saxlanıldığı həbsxana koloniyasına nəzarət edən Vladimir Vilayət Həbsxana Xidməti açıqlama yayıb.

"Həkimlərdən ibarət komissiya A. Navalnının məhkumlar üçün regional xəstəxanaya köçürülməsinə qərar verib. Navalnının sağlıq durumu qənaətbəxş kimi qiymətləndirilir və gündəlik olaraq həkimlər tərəfindən müayinə edilir. Xəstəyə razılığı ilə vitamin müalicəsi təyin edilib", - deyə açıqlamada qeyd olunur.

A. Navalnının təsisçisi olduğu Korrupsiyaya Qarşı Mübarizə Fonduna rəhbərlik edən İvan Jdanov isə bildirib ki, həbsxana rəhbərliyinin Navalnının vəziyyətinin qənaətbəxş olması barədə açıqlaması onu dəstəkləyənləri aprelin 21-ə təyin olunmuş ümummilli etiraz aksiyasında iştirak etməkdən çəkindirmək məqsədi daşıyır.

Qeyd edək ki, A. Navalnının həkimləri onda hər an ürək tutması ola biləcəyi barədə xəbərdarlıq ediblər. A. Navalnı xaricdən tibbi heyətin gələrək onun müayinə etməsinə icazə verilməsi üçün martın 31-də aclıq aksiyasına başlayıb və bundan sonra onun səhhəti sürətlə pisləşib.

ABŞ Prezidenti Co Bayden də daxil olmaqla bir çox ölkəmin dövlət və hökumət başçıları A. Navalnının vəziyyətindən narahat olduqlarını bildiriblər. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri  deyib ki, A. Navalnı öləcəyi halda bunu Rusiya üçün "nəticələri" olacaq.

Dünyanın 70-dən çox görkəmli yazıçısı, sənətçisi və akademiki A.Navalnının müayinə və müalicəsinin təmin olunması barədə çağırış edib.

Bu gün isə Avropa İttifaqının xarici işlər nazirləri A. Navalnının vəziyyətini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, bloger A. Navalnı ötən il avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib, təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb. 

Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunub. Müalicə bitdikdən sonra Rusiyaya qayıdan A. Navalnı hava limanında həbs edilib. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

2021-05-16

gun az article

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

2021-05-16

gun az article

Azərbaycanda son sutkada 1 122 nəfər COVID-19-dan sağalıb, 472 nəfər yoluxub

2021-05-16

gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16

gun az article

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-05-16

gun az article

Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır”

2021-05-16

gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15