SON XƏBƏRLƏR

Ali Məhməkə Zəhra Nəvidpurun ölümünün ildönümünə yaxınlaşdığı bir vaxtda Salman Xudadadiyə bəraət verib

2021.10.20, 07:36
Ali Məhməkə Zəhra Nəvidpurun ölümünün ildönümünə yaxınlaşdığı bir vaxtda Salman Xudadadiyə bəraət verib

Gunaz.tv

GünAz TV: İranın Ali Məhkəməsi mərhum Zəhra Nəvidpuru cinsi təcavüzə məruz qoyan Məlikanın sözdə millət vəkili Salman Xudadadiyə bəraət verib.

 

Bundan əvvəl Tehran Əyaləti Cinayət Məhkəməsinin 5-ci şöbəsi millət vəkilini nikahdankənar cinsi əlaqədə olmaq ittihamında təqsirli bilərək onu 99 şallaq zərbəsi və iki il sürgün cəzasına məhkum etmişdir. Məhkəmə Salman Xudadadinin rəsmi postlara təyin edilməsi və ya seçilməsinə də qadağa qoymuşdur.

Hökumətin əlaltısı olan millət vəkili özünə qarşı irəli sürülən ittihamı rəd edərək qadına yalnız yardım etmək niyyətində olduğunu iddia edib və çıxarılan hökmə etiraz bildirmişdir.

 

27 yaşlı Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb. O şübhəli ölümündən əvvəl Salman Xudadadi ilə söhbətlərinin səs faylını yayıb. O işədüzəlməklə bağlı millət vəkilinin ofisinə müraciət etdiyini, ofisdə Salman Xudadadi tərəfindən zorlandığını açıqlamışdır.

 

Salman Xudadadi barəsində bir çox məsələni ifşa edən material 2018-ci il noyabrın 19-da GünAz TV-nin “165” verilişində yayımlanıb.

 

Zəhra Nəvidpur 4 il ərzində sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. O bununla bağlı bir çox rəsmi orqan, o cümlədən məhkəməyə müraciət edib. Lakin millət vəkilinin tapşırığı ilə onun şikayətinə doğru-düzgün baxılmayıb və məhkəmə prosesi heç bir nəticə verməyib.

 

Məlikanın vaxtı ilə “Sepah” üzvü olan millət vəkili və onun əlaltıları Zəhra Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid etmişdilər. Cinsi təcavüzə məruz qalan xanım ölümündən əvvəl bu barədə çoxlu sənədlər ifşa etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar