SON XƏBƏRLƏR

Talibanın İran sərhədçisini öldürməsinin görüntüləri yayılıb-VİDEO

2022.06.29, 17:53
Talibanın İran sərhədçisini öldürməsinin görüntüləri yayılıb-VİDEO

Gunaz.tv

Əfqanıstanın "8 Sobh" qəzeti Məhəmməd Səyyadi adlı İran sərhədçisinin iyunun 28-də Taliban qüvvələri tərəfindən öldürülməsi ilə bağlı xəbər yayıb.

İran mediası isə onun silahlı şəxslərlə münaqişədə öldürüldüyünü iddia edib.

Qəzetin yazdığına görə, Taliban qüvvələri iyunun 28-də bir əfqan uşaq İran sərhədçiləri tərəfindən öldürülüb, digər biri isə yaralanıb.

Bundan sonra Taliban hərbçiləri İran ərazisinə daxil olaraq iranlı sərhədçilərlə silahlı münaqişəyə giriblər.

İranın rəsmi xəbər agentlikləri isə İran ərazisinə Taliban qüvvələrinin deyil, başqa silahlı şəxslərin daxil olduğunu, İran sərhədçiləri ilə atışdığını və bu zaman sərhədçinin öldürüldüyünü yazıb. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar