Alimlər yovşan ekstraktının koronavirusa qarşı təsirli olduğunu açıqlayıb

2021-07-21 13:04

Kopenhagen Universitetindən və Almaniyadakı Maks Plank Kolloidlər və İnterfeys İnstitutunun alimləri yovşanın tərkibindəki artemisinin istifadəsinin koronavirus infeksiyasının müalicəsində effektiv olduğunu sübut ediblər.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə “Science” elmi jurnalında dərc olunmuş məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, alimlər araşdırmaları nəticəsində hazırda qlobal miqyasda dolaşan SARS-CoV-2 ştamlarının çoxu ilə oxşar olar, başqa sözlə, ilkin Uhan ştammından fərqlənən COVID-in Almaniya və Danimarka variantlarının müalicəsində artemisinindən istifadənin effektivliyini təsdiq ediblər.

Məqalə müəllifləri həmçinin qeyd ediblər ki, artemisinin əsaslı dərmanlar yalnız təhlükəsiz deyillər, həm də nisbətən aşağı xərclərlə dünya səviyyəsində yayılma perspektivinə malikdirlər.

Bundan əlavə, alimlər artemisinindən alınan artesunat və artemeter maddələrinin də koronavirusu məhv etməyə qadir olduğunu aşkar ediblər. Hazırda artemisinin və ondan alınan maddələr Afrikada ən çox yayılmış xəstəliklərdən biri olan tropik malyariyaya qarşı dərmanın komponentləri kimi istifadə olunur.

Alimlər yaxın zamanlarda artemisinindən hazırlanan potensial preparatların COVID-19 ilə mübarizədə effektivliyini təyin etmək üçün klinik sınaqlara başlamağı planlaşdırırlar. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mövlud Çavuşoğlu: “Cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə yeni heyət gələcək”

2021-08-04

gun az article

Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

2021-08-04

gun az article

Azərbaycanda 996 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

2021-08-04

gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04

gun az article

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

2021-08-04

gun az article

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

2021-08-04

gun az article

Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

2021-08-04

gun az article

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazanıb

2021-08-04

gun az article

Uydurma “erməni soyqırımını” ifşa edən yeni kitab nəşr edildi

2021-08-04

gun az article

MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"

2021-08-04

gun az article

Ned Prays: “Amerika Vyanada İranla apardığı dolayısı danışıqların 7-ci mərhələsini başlamağa hazırdır”

2021-08-04

gun az article

Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb-VİDEO

2021-08-04

gun az article

Səudiyyə rəsmisi: “İran regionda öz mənfi hərəkətləri ilə daha da cəsarətlənib”

2021-08-04

gun az article

“Rus ordusu Qarabağda daimi qalmalıdır” – Araik Arutunyan

2021-08-04

gun az article

Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb

2021-08-04