SON XƏBƏRLƏR

Wall Street Journal: “İran Kərəc təsisatında daha inkişaf etmiş sentrifuqaların istehsalına başlayıb”

2021.11.17, 13:42
Wall Street Journal: “İran Kərəc təsisatında daha inkişaf etmiş sentrifuqaların istehsalına başlayıb”

Gunaz.tv

Məlumatda bildirilir ki, İran rejimi bir neçə ay əvvəl İsrailin pilotsuz uçuş aparatlarının hücumunda ziyan görmüş Kərəc təsisatında Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin nəzarətindən kənar gizli şəkildə inkişaf etdirilmiş sentrifuqaların istehsalı ilə bağlı fəaliyyətini yenidən başlayıb.

“İranın inkişaf etdirilmiş sentrifuqaların istehsalı ilə bağlı yeni fəaliyyəti Qərb diplomatları arasında ciddi nigaranlıq doğurub.

Diplomatların dediyinə görə, İranın bu addımı onun istədiyi vaxt gizli bir nüvə silahı proqramı aparmasına və sentrifuqa hissəciklərindən gizli şəkildə bu istiqamətdə istifadə etməsinə imkan yaradıb.

İran ötən avqust ayının sonundan başlayaraq, Kərəc təsisatında məhdud şəkildə sentrifuqaların istehsalına başlayıb və həmin vaxtdan öz istehsalını genişləndirib. İran həmin təsisatda baş verən partlayışın ardınca onun fəaliyyətini müvəqqəti dayandırmaq məcburiyyətində qaldı.   

Rəsmi Tehran Kərəc təsisatına qarşı hücumda İsraili günahlandırsa da, İsrail bu hücumda əli olub-olmadığını açıqlamayıb”, -deyə “Wall Street Journal” jurnalının Qərb diplomatlarına istinadən yaydığı məlumatında bildirilir.

تصویر هوایی از تاسیسات تسا در کرج - اینتل‌لب

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar