SON XƏBƏRLƏR

Salman Rüşdiyə hücum edən şəxs Xomeyni heyranı olduğunu deyib

2022.08.18, 05:03
Salman Rüşdiyə hücum edən şəxs Xomeyni heyranı olduğunu deyib

Gunaz.tv

Hadi Mətər "Şeytan ayələri" kitabının yalnız bir neçə səhifəsini oxuduğunu və tvitterdə Salman Rüşdinin Şetokua İnstitutunda olacağını öyrəndikdən sonra ora getməyi qərara aldığını deyib.

"Məncə, o, böyük insan idi. Bu barədə deyə biləcəyim tək şey budur"-deyə, Hadi Mətər Şetokua həbsxanasında saxlandığı yerdə aparılan video çəkilişdə bildirib.

O, Salman Rüşdini bəyənmədiyini, onun islam və müsəlmanların inanclarına qarşı hörmətsizlik etdiyini söyləyib.

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu-Yorkda çıxışa başlamazdan əvvəl hücuma məruz qalıb.

Salman Rüşdiyə hücum edən Nyu Cersi ştatının Fairviev şəhərinin 25 yaşlı sakini Hadi Mətər adlı müttəhim məhkəmədə özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib və günahsız olduğunu deyib.

Prokuror Hadi Mətəri ikinci dərəcəli qətl və ikinci dərəcəli hücumda ittiham edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar