SON XƏBƏRLƏR

Almaniya kəşfiyyat orqanı: “İran kütləvi qırğın silahı əldə etməyə çalışır”

2021.10.20, 07:36
Almaniya kəşfiyyat orqanı: “İran kütləvi qırğın silahı əldə etməyə çalışır”

Gunaz.tv

GünAz TV: Almaniyanın xüsusi xidmət orqanlarının hazırladığı kəşfiyyat hesabatı İranın kütləvi qırğın silahı əldə etməyə çalışdığını göstərir.

 

Bu barədə xəbəri Amerikanın “FOX NEWS” telekanalı Almaniya Kəşfiyyat Xidmətinin Bavariya vilayətində yerləşən mərkəzinə istinadən yayıb.

 

Məlumata əsasən, 335 səhifəlik müfəssəl kəşfiyyat hesabatında İranın nüvə və kütləvi qırğın silahı əldə etmək istiqamətində göstərdiyi cəhdlər qeyd edilib.

 

“İran klassik silahlardan əlavə, kütləvi qırğın silahları da əldə etmək üçün əlindən gələni edən təhlükəli ölkədir”- sənəddə vurğulanır.

 

Hesabatda İranın sahib olmağa çalışdığı kütləvi qırğın silahlarının növünün nüvə, bioloji və kimyəvi silahlar olduğu deyilir.

 

Almaniya xüsusi xidmət orqanı sənəddə qeyd edir ki, İran və Şimali Koreya bu silahların istehsalı üçün tələb olunan texnologiya və hissələri əldə etmək üçün Almaniya kimi, qabaqcıl texnologiyalara sahib olan ölkələrlə ticari əməkdaşlıq qurmağa can atırlar.

 

Hesabata əsasən, ötən il Almaniya polisi bu istiqamətdə İranla əməkdaşlıq edən 1 Malayziya şirkətinin Bavariyada yerləşən ofisinin müdirini həbs edib. Onun Almaniyadan İrandakı qeyri-müəyyən müştəriyə elektron-şüa qaynaq maşını göndərməyə çalışarkən saxlandığı deyilir. İrandakı müştərinin dövlət orqanlarından biri olduğu və Malayziya şirkətinin onun adını gizlətmək üçün çox səy göstərdiyi bildirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar