SON XƏBƏRLƏR

Almaniya prezidenti ənənəsinin əksinə olaraq, bu il iranlı həmkarını inqilab münasibətilə təbrik etməyib

2021.10.20, 07:36
Almaniya prezidenti ənənəsinin əksinə olaraq, bu il iranlı həmkarını inqilab münasibətilə təbrik etməyib

Gunaz.tv

GünAz TV: Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer hər ilkindən fərqli olaraq, bu il inqilab münasibətilə iranlı həmkarı Həsən Ruhanini təbrik etməyib.

 

Almaniyanın Prezident Aparatı yaydığı bəyanatda bunun səbəbini ötən bir neçə ay ərzində İranda baş verən proseslərlə bağlayıb.

 

Bəyanatda ötən bir neçə ay ərzində baş verən proseslərlə Almaniya PA-nın İranda noyabr etirazlarının qan bahasına yatırılması, eləcə də “Sepah” tərəfindən Ukrayna təyyarəsinin vurulmasına işarə olduğu düşünülür.

 

Qeyd etmək lazımdır ki, Almaniya prezidentləri hər il inqilab münasibətilə öz iranlı həmkarlarını təbrik ediblər. Frank-Valter Ştaynmayer keçən il Ruhaniya ünvanladığı təbrikdə “İran xalqı” və dövlətini təbrik etmiş, rəsmi Berlinin nüvə razılaşmasını qorumaq üçün əlindən gələni edəcəyini demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar