SON XƏBƏRLƏR

Almaniyada İrana casusluq edən əfqan əsilli şəxs həbs edilib

2021.10.20, 07:36
Almaniyada İrana casusluq edən əfqan əsilli şəxs həbs edilib

Gunaz.tv

GünAz Tv: Almaniya Federal Prokurorluğu ölkə ordusunda işləyən bir nəfər əfqan əsilli şəxsin İran xüsusi xidmət orqanlarına casusluq etdiyinə görə həbs edildiyi barədə məlumat yayıb.

 

Yanvarın 15-də qurum tərəfindən yayılan məlumatda bildirilir ki, Almaniya ordusunda tərcüməçi və mədəni müşavir vəzifəsini tutuan ikili- Almaniya və Əfqanıstan vətəndaşlığı olan Əbdulhəmid adlı şəxs iş müddəti ərzində ona məlum olan bütün məxfi məlumatları İran xüsusi xidmət orqanlarına ötürürmüş.

 

Onun Almaniya ordusunun Əfqanıstanda keçirdiyi əməliyyatlar kimi bir çox hərbi sirr təşkil edən məlumatları əldə edərək uzun illərdir lehinə casusluq fəaliyyəti göstərdiyi İran xüsusi xidmət orqanlarına ötürdüyü bildirilir.

 

Almaniya Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib.

 

Qeyd edək ki, Avropa ölkələrinin rəsmiləri son dövrlər ərzində İranın bu ölkələrdə casusluq fəaliyyətinin genişləndiyini deyirlər. Bundan başqa, rəsmi Tehran dəfələrlə Avropada terror hücumları təşkil etməyə də çalışıb. Bir müddət öncə Avropa İttifaqı İran Kəşfiyyat Nazirliyi olan ETTELAT-ın 2 məsuluna qarşı İttifaqa daxil olan ölkələrdə terror hücumuna cəhd etdikləri üçün sanksiyalar qəbul etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar