Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16 09:32

İsrail və Fələstin arasında mayın 10-da başlayan gərginlik Avropaya da sıçrayıb.

Gunaz.tv Quote | Gunaz article

Bir çox Avropa dövlətlərində İsrail və Fələstinə dəstək məqsədilə kütləvi aksiya və yürüşlər keçirilib.

Ötən gün Almaniyanın bir çox böyük şəhərində keçirilən Fələstinə dəstək aksiyası zamanı sineqoq və yəhudi abidələrinə hücum olub. Nəticədə bir neçə sineqoqun qapısı sındırılaraq, divarlarına antisemitis şüarlar yazılıb.

Almaniyanın hökumət sözcüsü Ştefan Zaybert ölkədə sineqoq və yəhudi abidələrinə qarşı hücumu qınadıqlarını bildirib.

O bildirib ki, Almaniya demokratiyası antisemitis aksiyalara dözümlü yanaşa bilməz:

“Yaxın Şərqdəki qarşıdurmanın buradakı yəhudi icması ilə heç bir əlaqəsi yoxdur. Alman hakimiyyətlərini yəhudilərin təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni etməyə çağırıram”.
Almaniya Prezidenti Frank Valter Ştanmayer də hücumları qınadığını və ölkəsindəki yəhudilərə qarşı nifrətə əsla dözməyəcəyini bildirib.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, ölkədə yerləşən bütün sineqoq və yəhudi abidələrinin mühafizəsi daha da gücləndirilib. Bir neçə şəhərdə sineqoqa hücum planlaşdıran şəxslər saxlanılıb.

Kansler Angela Merkelin partiyası Xristian Demokrat İttifaqının (CDU) mərkəzi ofisinin qarşısında isə, İsrail bayrağı asılıb. CDU-nun baş katibi Paul Çimiak partiyasının İsrail ilə həmrəylik əlaməti olaraq İsrail bayrağını asdığını söyləyib.

Çimiak bayrağın İsrailin qurulmasının ildönümünə - 14 may tarixinə qədər orada qalacağını bildirib.

Məlumat üçün bildirək ki, Fələstinin raket hücumlarına İsrailin cavabı ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları ilə qarşılanıb. Bir çox şəhərdə sineqoq və yəhudi abidələrinə hücum edilib, İsrail bayrağı yandırılıb.

Səlahiyyətlilər İsrail və Fələstin arasında artan gərginlik səbəbiylə daha çox etiraz aksiyalarının ola biləcəyi xəbərdarlığını ediblər. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16

gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16