SON XƏBƏRLƏR

Almaniyanın İranla ticari mübadilələri yarıya enib

2021.10.20, 07:36
Almaniyanın İranla ticari mübadilələri yarıya enib

Gunaz.tv

GünazTV: Cari ilin ilk yarısında Almaniya Federativ Respublikasının İranla ticari mübadiləri yarıya enib. Bu barədə Almaniyanın Federal Statistika İdarəsi avqustun 12-də hesabat yayıb.

 

Hesabatda bildirilir ki, İranla ticari mübadilələrin azalması Amerika Birləşmiş Ştatlarının islam respublikasına qoyduğu sanksiyalara görədir.

 

Almaniyanın Federal Statistika İdarəsinin bildirdiyinə görə, bu ilin yanvar ayından iyun ayına qədər Almaniyanın İrana ixracatı 49% azalaraq 676 milyon avroya qədər aşağı düşüb. Yayılan statistik rəqəmlərə görə, həmçinin Almaniyanın cari ilin ilk altı ayında İrandan idxalatı 44% azalaraq, 110 milyon avroya enib.

 

Qeyd edək ki, 2015-ci ildə Tehranla 5+1 qrupu arasında nüvə sazişinin bağlanmasından sonra Almaniyanın İrana ixracatının həcmi xeyli dərəcədə artmışdı.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar