SON XƏBƏRLƏR

Almaniyanın “Munich RE” şirkəti İranla əməkdaşlığını dayandırıb

2021.10.20, 07:36
Almaniyanın “Munich RE” şirkəti İranla əməkdaşlığını dayandırıb

Gunaz.tv

GünAzTV: Almaniyanın “Munich RE” sığorta şirkəti noyabrın 28-də bəyanat yayaraq, İranla əməkdaşlığını dayandırmasından xəbər verib.

 

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən şirkət rəsmiləri bildiriblər ki, “Munich Re” şirkəti Amerikanın İrana qarşı tətbiq etdiyi geniş miqyaslı sanksiyaları nəzərə alaraq, İranla əməkdaşlığına son qoymaq qərarına gəlib. Bildirilir ki, rəsmi Tehranla nüvə sazişi imzalanmasından sonra alman şirkəti İranın “Saman sığorta” şirkəti ilə ümumi dəyəri 30 milyon avro olan bir müqavilə bağlasa da, şirkət Amerikadakı mənafeyini təhlükəyə salmamaq məqsədilə, İran tərəfi ilə bağladığı müqaviləni ləğv etməyə qərar verib.

 

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq Amerikanın İrana qarşı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

Yeni sanksiyalarla bağlı noyabrın 2-də jurnalistlərə amçıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, sanksiyaların yeni mərhələsində 700-dən çox fiziki və hüquqi şəxsin adları, Amerikanın İrana qarşı sanksiyalar siyahısına salınıb.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar