SON XƏBƏRLƏR

Salmasda "Xüsusi İqtisadi Məntəqə" layihəsi 17 ildir yarımçıq qalıb

2022.06.24, 10:25
Salmasda  "Xüsusi İqtisadi Məntəqə" layihəsi 17 ildir yarımçıq qalıb

Gunaz.tv

Bölgənin iqtisadi inkişafını təmin etmək üçün yerli əhali və millət vəkillərinin müraciətlərindən sonra başlanan layihənin sadəcə 17 il bundan öncə lövhəsi quraşdırılıb.

Salmas şəhərinin başçısı Kazım Qənizadə layihə üçün nəzərdə tutulan 260 hektarlıq ərazinin 120 hektarının sərmayə qoyuluşu üçün hazır olduğunu deyir.

O, nəzərdə tutulan yerdə infrastruktur, elektrik, inzibati binalar, gömrük məntəqəsi, qaz və su xətlərinin çəkilməsi üçün heç bir vəsaitin ayrılmadığını bildirib.

Salmas şəhərinin İran parlamentindəki millət vəkili Yəqub Rzazadə "Xüsusi İqtisadə Məntəqə"nin dirçəldilməsi üçün dövlətin büdcə ayırmadığını və buna özəl sektorun sərmayə yatırmasını təklif edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar