SON XƏBƏRLƏR

Xalxal kəndlərində internet yoxdur: Şagirdlər onlayn dərslərə qatıla bilmir

2022.02.22, 09:24
Xalxal kəndlərində internet yoxdur: Şagirdlər onlayn dərslərə qatıla bilmir

Gunaz.tv

Onlar problemi həll etmək və internet xidmətindən yararlanmaq üçün kənd ətrafı yüksəklilərə qalxır, soyuq havada onlayn keçirilən dərslərə qatılırlar.

Bu barədə yerli sosial media istifadəçiləri xəbər yayıb.

Məlumata görə, Xalxalın Su sahab kəndinin şagirdlərinin internetdən istifadə edə bilmək üçün kəndin iki kilometrliyindəki yüksəklikdə soyuq və qardan qorunmaq üçün sığınacaq qurublar.

Məktəblilər ərazidən foto və video materiallar paylaşaraq bölgə nümayəndələrindən yardım istəyiblər.

Bir müddət bundan öncə Ərdəbil əyalətinin İran parlamentindəki nümayəndəsi Seyid Qəni Nəzəri də problemlə bağlı danışıb.

O, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Ərdəbil əyaləti üzrə nümayəndəliyinin məsuliyyətsizliyi ucbatından Xalxalın 32 kəndində mobil telefon əlaqələri və internet şəbəkəsinin olmadığını deyib.

Seyid Qəni Nəzəri deyib ki, Nazirliyin yerli nümayəndəliyi problemin həlli ilə bağlı yeni tədbirlər görüləcəyi barədə dəfələrlə vədlər verib, lakin buna əməl etməyib.

Millət vəkili internet şəbəkəsi olmayan 32 kənddə dərsdən yayınmaların artdığnı deyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar