SON XƏBƏRLƏR

Xalxal əhalisi sürətlə qocalır:Rektor səbəbləri açıqladı

2022.02.17, 07:17
Xalxal əhalisi sürətlə qocalır:Rektor səbəbləri açıqladı

Gunaz.tv

O, son statistikaya görə 86731 nəfər əhalisi olan Xalxal əhalisinin 12961 nəfərinin 75 yaşdan yuxarı qocalardan ibarət olduğunu və mahalın Ərdəbil əyalətinin ən qoca şəhəri sayıldığını söyləyib.

Bununla yanaşı Xalxal Tibb Elmləri və Səhiyy Xidmətləri İnstitutunun İşçi Qrupunun rəhbəri Nəsim Nəzəri Xalxalda cəmiyyətin artımının sıfıra yaxınlaşdığı barədə  məlumat verib.

Nəsim Nəzəri ölkə üzrə ümumi olaraq orta doğum səviyyəsinin 1,3%, Ərdəbil əyalətində isə1,7 % olduğu halda, Xalxal şəhərində bu göstəricinin 1,3% olmaqla ölkə və əyalət üzrə orta göstəricidən aşağı olduğunu deyib.

O, gənclərin iş ardınca başqa bölgələrə mühacirət etmələrini, iqtisadi problmlərin çoxluğunu, inflyasiyanın yüksək olmasını və başqa bu kimi amilləri bölgə əhalisinin artımının azalmasında əhəmiyyətli rol oynadığını bildirib.

Qeyd edək ki, son illər Ərdəbil əyalətində cəmiyətin artımının mənfi göstəriciləri, boşanma sayının çoxalması və ölüm sayının doğum sayını üstələməsi ilə bağlı problem dəfələrlə müzakirə edilib və əyalətin Qeydiyyat İdarəsi təhlükə barədə xəbərdarlıq edib.

Ərdəbil əyalətinin əhalisi ilə bağlı son 9 ay müddətində ölkə üzrə verilən ümumi statistikada 12476 doğum və 7393 ölüm faktı göstərilir.

Buna baxmayaraq, yerlərdəki Qeydiyyat İdarələri və əyalətin Qeydiyyat İdarəsinin verdiyi statistika ötən ilin eyni dövrü ilə müqayisədə Ərdəbil əyalətinin cəmiyyət artımının 7,4% azaldığını göstərir.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar