SON XƏBƏRLƏR

Xalxalda əhalinin qocalması sürətlənib

2022.06.03, 09:30
Xalxalda əhalinin qocalması sürətlənib

Gunaz.tv

O, hazırda Xalxalda əhalinin 70%-nın 18 yaşdan yuxarı vətəndaşlardan ibarət olduğunu deyib, ailələrin uşaq dünyaya gətirməyə meyilli olmadıqlarını söyləyib.

Yəhyazadə hazırda Xalxal şəhərin əhalisinin artım tempinin bir faizin onda birini təşkil etdiyini, kəndlərin çoxunda gənclərin iş ardınca başqa əyalətlərə köçdüyü üçün oraların qocalar evinə çevrildiyini bildirib.

Bundan bir müddət öncə Xalxalın Tibb Universitetinin rektoru Məhəmməd Mehrtək də, Xalxalda cəmiyyətin qocalmasının sürətləndiyini deyib. Onun sözlərinə görə, bölgə əhalisinin 16%-ni qocalar təşkil edir.

O, son statistikaya görə 86731 nəfər əhalisi olan Xalxal əhalisinin 12961 nəfərinin 75 yaşdan yuxarı qocalardan ibarət olduğunu və mahalın Ərdəbil əyalətinin ən qoca şəhəri sayıldığını söyləyib.

Bununla yanaşı Xalxal Tibb Elmləri və Səhiyyə Xidmətləri İnstitutunun İşçi Qrupunun rəhbəri Nəsim Nəzəri Xalxalda cəmiyyətin artımının sıfıra yaxınlaşdığı barədə  məlumat verib.

Nəsim Nəzəri ölkə üzrə ümumi olaraq orta doğum səviyyəsinin 1,3%, Ərdəbil əyalətində isə1,7 % olduğu halda, Xalxal şəhərində bu göstəricinin 1,3% olmaqla ölkə və əyalət üzrə orta göstəricidən aşağı olduğunu deyib.

O, gənclərin iş ardınca başqa bölgələrə mühacirət etmələrini, iqtisadi problmlərin çoxluğunu, inflyasiyanın yüksək olmasını və başqa bu kimi amilləri bölgə əhalisinin artımının azalmasında əhəmiyyətli rol oynadığını bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar