Xalxalda 300 ailə 4 aydır ətraf mühitdən təcrid olunub-VİDEO

09.11.2021, 11:52

Ərdəbil əyalətinin Xalxal mahalında yerləşən Miyanrudan kəndinin əhalisi bölgənin parlamentdəki nümayəndəsindən narazıdır. 

Gunaz.tv Quote | Gunaz article

Sakinlər millət vəkilinin onların problemləri ilə maraqlanmadığını bildiriblər. 

Kənd əhalisi 4 aydır torpaq sürüşməsi nəticəsində 300-dən çox ailənin yaşadığı kəndin yolunun bağlandığını, ətraf mühitdən təcrid olunduqlarını bildiriblər. 

Sakinlər təəssüflə qeyd edib ki, hökumət bununla bağlı heç bir tədbir görməyib.

“Bu müddət ərzində problemlə bağlı şəhər və əyalətin əlaqədar qurumlarına etdiyimiz müraciətlərə heç bir əhəmiyyət verilməyib”-deyə, kəndlilər hökumətin onları unutduğunu qeyd ediblər.

Dövlət qurumlarının tədbir görəcəyindən ümudlərini kəsən kənd əhalisi yüngül qazıntı alətləri ilə özləri yolun açılması üçün çalışmağa başlayıblar.

Qeyd edək ki, Xalxal ən geri saxlanılmış Güney Azərbaycan bölgələrindən biri hesab edilir.

Bundan öncə bununla bağlı bölgənin İran parlamentindəki nümayəndəsi Qəni Nəzəri də danışmağa məcbur olub.

İran parlamentində ərdəbilli nümayəndələr fraksiyasının başçısı Seyid Qəni Nəzəri oktyabrın 28-də Həştcin şəhərinin 15 kilometrliyində yerləşən və Qızılözən çayı üzərində tikilməli olan “Kəmər” körpüsünün bölgə kəndlərinin əhalisi üçün vacib layihələrdən biri olduğu halda 13 ildir yarımçıq qaldığını deyib.

Nəzəri bununla yanaşı bölgə kəndlərinin yol və infrastruktur baxımından diqqətdən qıraqda qaldıqlarını, son 20 ildə bu problemlərin həlli ilə bağlı heç bir iş görülmədiyini bildirib.

“Xalxalda övcud olan mədənlərdən istifadə edildiyi halda bölgə kəndlərinin yol və infrastrukturunun qurulması üçün heç bir vəsait ayrılmır”-deyə, Seyid Qəni Nəzəri əlaqədar qurumları tənqid edib.

C.E 
 

 

gun az article

Qəni Nəzəri

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Küveytdə neft sızması səbəbindən fövqəladə vəziyyət elan edilib

2023-03-20

gun az article

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

2023-03-20

gun az article

İranda insanlar övladlarına geyim ala bilmir"-Xudabəxş Rzayi

2023-03-20

gun az article

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

2023-03-20

gun az article

Bu gün Novruz bayramıdır

2023-03-20

gun az article

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

2023-03-20

gun az article

“Azadlıq səsi”- “Terrorçu İranın qonşuluq diplomatiyası” və “Güney Azərbaycanın strateji xətti və milli duruşu” -VİDEO

2023-03-20

gun az article

İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

2023-03-20

gun az article

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

2023-03-20

gun az article

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

2023-03-20

gun az article

Ceyhun Bayramov Brüsselə gedib

2023-03-20

gun az article

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər

2023-03-20

gun az article

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

2023-03-20

gun az article

Azərbaycan XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib-FOTO

2023-03-19

gun az article

Yaponiya Sahil Mühafizəsi: Şimali Koreya ballistik raket atıb

2023-03-19

gun az article

"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb

2023-03-19

gun az article

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

2023-03-18

gun az article

Dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb

2023-03-18

gun az article

İranda polisi öldürməkdə ittiham edilən şəxs edam edildi

2023-03-18

gun az article

Ermənistan səfirliyimizə hücumu pisləyən bəyannaməyə qarşı çıxdı

2023-03-18