SON XƏBƏRLƏR

Xalxalda daha bir məhkum edam edildi

2022.06.09, 09:30
Xalxalda daha bir məhkum edam edildi

Gunaz.tv

Əsgər Həbibi adlı 31 yaşlı məhkumun edam hökmünün Ali Məhkəmə tərəfindən təsdiq olunduğu və onun iyunun 7-də edam öncəsi təkadamlıq kameraya köçürüldüyü bildirilir.

Bundan bir il öncə öldürülən şəxsin ailəsi Əshgər Həbibinin qətl törətdiyini etiraf etməsi müqabilində onu bağışlayacaqlarını bildiriblər.

Əsgər Həbibi məhkəmədə olduğu kimi öldürülən şəxsin ailəsinə də günahsız olduğunu və  əsassız olaraq qətl hadisəsində şərləndiyini bildirib.

İran Məhkəmə Sistemi nümayəndələri və rəsmi media Əsgər Həbibinin edamı ilə bağlı heç bir məlumat verməyiblər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar