SON XƏBƏRLƏR

Xalxalda əhalinin artımı sıfıra çatıb

2022.01.06, 09:06
Xalxalda əhalinin artımı sıfıra çatıb

Gunaz.tv

Xalxal Tibb Elmləri və Səhiyy Xidmətləri İnstitutunun İşçi Qrupunun rəhbəri Nəsim Nəzəri ölkə üzrə ümumi olaraq orta doğum səviyyəsinin 1,3%, Ərdəbil əyalətində isə1,7 % olduğu halda, Xalxal şəhərində bu göstəricinin 1,3% olmaqla ölkə və əyalət üzrə orta göstəricidən aşağı olduğunu deyib.

O, gnclərin iş ardınca başqa bölgələrə mühacirət etmələrini, iqtisadi problmlərin çoxluğunu, inflyasiyanın yüksək olmasını və başqa bu kimi amilləri bölgə əhalisinin artımının azalmasında əhəmiyyətli ropl oynadığını bildirib.

Nəzəri aparılan araşdırmalara görə Xalxal cəmiyyətinin ən azı 70% əhalisinin yaşının 18-dən yuxarı olduğuna diqqət çəkərək cəmiyyəti sürətlə qocalmağa doğru getdiyini, dünyaya gələn uşaq sayının azaldığını qeyd edib.

“Aparılan araşdırmalara görə, 2018-ci ildə Xalxal cəmiyyətinin 15,56%, 2019-cü ildə 16,2% və ötən il isə 16,59%-nın qocalardan ibarət olduğu məlum olub”-deyə, Nəsim Nəzəri Xalxal əhalisinin dürətlə qocalması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, son illər Ərdəbil əyalətində cəmiyətin artımının mənfi göstəriciləri, boşanma sayının çoxalması və ölüm sayının doğum sayını üstələməsi ilə bağlı problem dəfələrlə müzakirə edilib və əyalətin Qeydiyyat İdarəsi təhlükə barədə xəbərdarlıq edib.

Ərdəbil əyalətinin cəmiyyəti ilə bağlı son 9 ay müddətində ölkə üzrə verilən ümumi statistikada 12476 doğum və 7393 ölüm faktının göstərilməsinə baxmayaraq, yerlərdəki Qeydiyyat İdarələri və əyalətin Qeydiyyat İdarəsinin verdiyi statistika ötən ilin eyni dövrü ilə müqayisədə Ərdəbil əyalətinin cəmiyyət artımının 7,4% azaldığını göstərir.  

Bununla yanaşı əyalətdə boşanma hallarıda kəskin artıb və bir neçə gün bundan öncə Qeydiyyat İdarəsinin başçısı Şəhram Rəsuli əyalətin boşanmaların sayına görə ölkə üzrə 5-ci yerdə olduğunu deyib.

“Gənclərin gec evlənməsi, boşanma hallarının çoxalması, uşaq dünyaya gətirməyə marağın olmaması, tək övladlılığa üstünlük verilməsi, əyalətdən başqa yerlərə köçün çoxalması və digər faktorlar Ərdəbil əyalətindəm əhalinin sayının azalmasına səbəb olan əsas amilləridir”-deyə, Rəsuli qeyd edib. 

Qeyd edək ki, rəsmi statistikaya görə, hal-hazırda Ərdəbil əyalətinin əhalisi 1 milyon 325 min 269 nəfərdir. 

Onların 927 min 688 nəfəri şəhərlərdə, 397 min 581 nəfəri kəndlərdə yaşayır. Əyalət sakinlərinin 676 min 351 nəfəri kişi, 648 min 918 nəfəri isə qadınlardan ibarətdir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar