SON XƏBƏRLƏR

Xalxalda narkomaniya geniş yayılıb

2022.07.01, 06:58
Xalxalda narkomaniya geniş yayılıb

Gunaz.tv

O, bunun nəticəsində başqa ictimai problemlərin ortaya çıxdığını deyib.

Bu günə kimi Xalxalın ən sağlam şəhərlərdən biri sayıldığını bildirən Seyid Cavad Yəhyazadə narkomaniyanın çoxalması nəticəsində oğurluq hallarının kəskin artdığını diqqətə çatdırıb.

Yəhyazadə bölgədə baş verən əksər oğurluq hallarının uyuşdurucu maddə almaq üçün narkomanlar vasitəsilə həyata keçirildiyini və bunun qarşısının alınması üçün əlavə təhlüksizlik tədbirlərinə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, bir neçə il bundan öncəyə kimi Güney Azərbaycan əyalətləri narkomanların sayının azlığına görə İranda ən sağlam bölgələr hesab edilsə də, hal-hazırda bu dəyişilməkdə, uyuşdurucu maddə istifadəçilərinin sayı çoxalmaqdadır.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar