SON XƏBƏRLƏR

Salyanda erkən nikah və onun fəsadları mövzusunda tədbir keçirilib

2022.04.07, 09:22
Salyanda erkən nikah və onun fəsadları mövzusunda tədbir keçirilib

Gunaz.tv

“Erkən nikah və onun fəsadları” mövzusunda  tədbir Salyan rayon tarix müzeyində keçirilib.Salyan rayonunda keçirilən birinci tədbiri yetkinlik yaşına çatmayanların hüquqlarnın müdafiəsi üzrə məsləhətçi psixoloq Sevinc Səmədova açıb.

O, layihənin işçi qrupunu auditoriyaya təqdim edib və Salyan rayonunda erkən nikahla bağlı son məlumatlar haqqında danışıb.

Gender Bərabərliyi İB-nin sədri Şəkərxanım Əliyeva layihənin  donoru və icraçı  təşkilat haqda ətraflı məlumat verib. Bildirib ki,  layihənin məqsədi erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə məktəblilər, valideynlər və tələbələr arasında maarifləndirilmə işinin aparmaqla qızların təhsildən yayınmalarının qarşısını almaqdır.

5eH6Kbn.jpg

İkinci tədbir isə şəhər 2 saylı tam orta məktəbində keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Aynur Əsgərova acıb.

O, layihədə qoyulan mövzunun aktual və əhəmiyyətli olduğunu bildirib. Şagirdlərlə bu mövzuda iş aparıldığını vurğulayıb.

Layihənin hüquqşünası Araz Nurməmmədov layihə ilə bağlı ətraflı məlumat verib və layihənin məqsədlərini açıqlayıb. Bildirib ki, son zamanlar erkən nigahların sayı artıb. 

“Azyaşlını erkən nikaha cəlb edən hər kəs, o cümlədən erkən nikaha məcbur edən valideynlər, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb olunur. Cinayət Məcəllsinin176-1 maddəsinə əsasən nikah yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etmə cinayətdir”-deyə, o, bildirib.

Ekspert Ş.Dadaşova erkən nikah, onun səbəb və fəsadları barədə iştirakçılara məlumat verib. Bildirib ki, nikah-kişi və qadının istəyi ilə həyata keçirilən evlilikdir. 

“Erkən nikah 18 yaşına çatmamış şəxslərin ailə qurmasıdır. Erkən  nikahlar İH-i orqanları tərəfindən qeydə alınmır. Erkən nikahlar qanunsuz hesab edilir və heç bir hüquqi qüvvəyə malik deyil”-o, qedyd edib.

İştirakçılardan Sara Hüseynova, Seyidnisə İsmayılova (psixoloq) mövzunun aktual olduğunu vurğulayıb. O belə bir mövzunu gündəmə gətirdiyinə görə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Gender Bərabərliyi İB-nə təşəkkür edib. 

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və təklifləri qeyd olunub.

 Çay-kofe fasiləsi olub.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar