Xamneyinin nümayəndəsi Azərbaycanı və Türkiyəni hədələdi: "Əfqanıstanın taleyini yaşayacaqlar"

07.10.2021, 13:06

iranın ali rəhbəri Əli Xamneyinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.

Gunaz.tv Quote | Gunaz article

İranın hərbi gücünün yüksək olduğunu iddia edən ali rəhbərin Həmədan əyalətinin “Ənsar əl-Hüseyn” korpusundakı nümayəndəsi Hüseyn Əliyi deyib ki, İsrail Amerikanın bölgədəki məğlubiyyətindən sonra onun yerinə doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır.

"İran buna imkan verməyəcək"-deyə, o, bildirib.

Xamneyinin nümayəndəsi İran rəsmilərinin ənənəvi çıxışlarını təkrar edərək ölkənin şimal-qərbində sərhədlərin dəyişdirilməsinə imkan verilməyəcəyini deyib.

“Düşmən İranın raket və artilleriya gücünü bildiyi üçün hücum etməkdən çəkinir. Türkiyə və Azərbaycan bilməlidir ki, Qərb ölkələrinə inanıb və onların bölgədə yerləşmələrinə şərait yaradacaqları təqdirdə Əfqanıstanın taleyini yaşayacaqlar”-deyə, Hüseyn Əliyi bildirib.

O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz yaradacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib.

“Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”-deyə, o, bildirib.

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini deyib.

C.E 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23