SON XƏBƏRLƏR

Xameneyinin müşaviri Azərbaycana qarşı ittihamlar səsləndirib

2022.06.28, 10:33
Xameneyinin müşaviri Azərbaycana qarşı ittihamlar səsləndirib

Gunaz.tv

"Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir"-deyə, Vilayəti "Təsnim" xəbər agentliyinə müsahibəsində  bildirib.

O, Azərbaycanla xoş niyyətli münasibətdə olmaq istədiklərini iddia etsə də, buna görə şərt qoyub.

"Biz müsəlman ölkələrin İsraillə münasibət qurmalarını qəbul edə bilmərik. İsraillə əlaqədə olan ölkə bir o qədər də bizdən uzaq sayılır"-deyə, Xameneyinin müşaviri qeyd edib.

Bundan öncə İran rəsmilərinin çox sayda oxşar bəyanatları səslənib və onlar Azərbaycanla İsrail münasibətlərinin yaxınlığından narahatlıqlarını ifadə ediblər.

"Biz başqalarına Azərbaycanın daxili və xarici işlərinə qarışmasına imkan vermirik, burada hansı ölkə ilə münasibət və əməkdaşlıq etmək barədə özümüz qərar veririk"-deyə, Prezident İlham Əliyev İsraillə əlaqələrə görə səsləndirilən bəyanatlara cavab olaraq bildirmişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar