SON XƏBƏRLƏR

Xamneyinin ofisinin katibi Putinin Ukraynaya hücum əmrini təqdir etdi

2022.03.11, 06:22
Xamneyinin ofisinin katibi Putinin Ukraynaya hücum əmrini təqdir etdi

Gunaz.tv

İranın ali rəhbəri Əli Xamneyinin ofisinin katibi Məhəmməd Məhəmmədi Qolpayeqani Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hücum əmrini təqdir edərib.

O da digər İran rəsmiləri kimi Ukraynada müharibənin baş verməsində Qərb ölkələrini günahkarlandırıb.

O, Rusiya prezidenti Vladimir Putini “bacarıqlı” siyasətçi,  Amerika və başqa Qərb ölkələrini isə “modern cahilliyin” qaynağı aslandırıb.

Onun fikrincə, Qərb Rusiya ilə birləşib Ukraynanı parçalamaq istəyirlər.

“Putin tez qərar verərək Qərb ölkələrinin Rusiya və Ukraynaya qarşı planlarını alt-üst edib və onların pis niyyətlərinin baş tutmasına imkan vermədi”-deyə, Əli Xamneyinin ofisinin katibi bildirib.

Qolpayeqani baş verən hadisələrin, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü İmam Zamanın zühuruna şərayit yaratmaq üçün atılan addımlar olduğunu söyləyib.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar