SON XƏBƏRLƏR

AMAT Stokholmun mərkəzində Güney Azərbaycanın siyasi məhbusları ilə bağlı informasiya kompaniyası keçirib – Video Görüntü

2021.10.20, 07:36
AMAT Stokholmun mərkəzində Güney Azərbaycanın siyasi məhbusları ilə bağlı informasiya kompaniyası keçirib – Video Görüntü

Gunaz.tv

GünAz TV: AMAT-ın (Azərbaycan Milli Azadlıq Təşkilatının) Stokholmun mərkəzində Güney Azərbaycan siyasi məhbusları ilə bağlı keçirdiyi informasiya kompaniyası böyük uğur qazandı.

AMAT-ın Stokholmun mərkəzində Güney Azərbaycan siyasi məhbusları ilə bağlı keçirdiyi informasiya kompaniyası böyük uğur qazandı. Əvvəlcədən elan olunduğu kimi, bu gün 2011-ci il mayın 1-ində adı hallanan tədbir Stokholmun mərkəzində yerləşən Kungsträdgård də həyata keçməli idi. Amma bu parkda mühacirlərin tədbir keçirilməsinə icazə verilməmişdi. Elə bu səbəbə görə, vaxt itirmədən informasiya kompaniyasının təşkilatçıları tədbiri şəhərin mərkəzində yerləşən Holmgård parkına keçirmişdirlər.

İran rejimi tərəfindən qəddarcasına qətlə yetirilmiş Güney Azərbaycanın siyasi milli fəallarının fotoları, müxtəlif növ işgəncə, cəza verilən insanların şəkilləri, rejim tərəfindən şəhid olunmuş soydaşlarımızın fotolarından ibarət xüsusi sərgi parkda açılmışdır. O cümlədən, son günlərdə tutulub ağır işgəncəyə məruz qalan Sima Didarın fotolarından ibarət xüsusi köşə hazırlanmışdır. Və bundan əlavə qadın daş-qalağı ilə bağlı qanlı şəkillər ayrıca sərgilənmişdir.

Bunu da əlavə etməliyik ki, hər il mayın 1-də İsveçin Sosial demokrat partiyasının üzvüləri və tərəfdarları bu parkda yığışıb, ordan şəhərin içinə yürüş edirlər. Bundan da əlavə, bayram günü olduğu üçün bu parka çoxlu sayda adam toplaşmışdı. Elə bu səbəbə görə, bu foto sərgi İsveç ictimaiyyəti tərəfindən böyük marağa səbəb olmuşdu. İsveçli və xarici jurnalistlər, Türkiyənin Anadolu Xəbər Agentliyinin tele jurnalistləri, bəzi millət vəkilləri, İsveç siyasətçiləri bu sərgi qarşısında dayanıb, informasiya kompaniyasının apardığı bu əməllə bağlı fikirlərini bölüşüb, əlavə məlumat istəyərək: "Biz sizə necə kömək edə bilərik?" --sualını vermişdirlər. Qeyd edək ki, isveç dilində hazırlanmış siyasi məhbuslarla bağlı xüsusi bülletenlər maraqlananlara paylanırdı. Sosial demokrat partiyasının liderləri Mona Salin, partiyanın qadın qrupunun rəhbəri Nalin Pekkul, onlarla edilən söhbətdən sonra, Güney Azərbaycanla bağlı daha çox məlumat əldə etmək üçün əlavə vəsait istəmişdirlər.

İstəkli soydaşlarımız, Güney Azərbaycanın siyasi məhbuslarının ağır durumunu nəzərə alaraq, bu kompaniyanı ardıcıl olaraq təkcə İsveçdə yox, Avropanın başqa şəhərlərində də həyata keçirmək vacibdir. Unutmayaq ki, daxildə olan soydaşlarımızın zülmünü biz xaricdə yaşayanlar işıqlandırmalıyıq.

Azad tribun

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar