SON XƏBƏRLƏR

"Xamneyi öldükdən sonra İranda vətəndaş müharibəsi baş verə bilər"-Mark Ruben

2022.03.29, 10:59
"Xamneyi öldükdən sonra İranda vətəndaş müharibəsi baş verə bilər"-Mark Ruben

Gunaz.tv

Maykl Rubenin yazdığına görə, Xamneyinin ölümü ilə növbəti ali rəhbərin seçilməsi və hakimiyyətin ötürülməsi uğrunda İranda vətəndaş müharibəsi yaşana bilər.

Müəllif bildirir ki, növbəti ali rəhbərin seçilməsi uğrunda mübarizəyə qoşulan İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) öz təsir dairəsində olan şəxsin bu posta yiyələnməsi üçün əlindən gələni edəcək.

Bundan başqa, İnqilab Keşikçiləri Korpusu və ona bağlı yaraqlılar İranın böyük hissəsinin idarəçiliyini ələ keçirmək istəyəcək, bu isə ölkədə vətəndaş müharibəsinə yol açacaq. 

“İran əhalisinin əksəriyyəti mövcud rejimin dəyişilməsini istəyir. Buna görə, bu durum gələcəkdə rejim müxalifləri ilə tərəfdarları arasında qarşıdurmaya yol açacaq”-deyə, Rubin bildirib.

Hazırda İranda yaşanan ağır iqtisadi vəziyyətə də toxunan müəllif bunun ölkənin iqtisadiyyatının gələcəkdə çökəcəyini göstərən əlamət olduğunu deyib.

“Xamneyinin ölümündən sonra baş verə biləcək vətəndaş müharibəsi səbəbindən Avropada yeni qaçqın problemi yaşanacaq. Belə ki, İrandan gedəcək qaçqınların sayı Suriya və Ukraynadan dəfələrlə çox olacaq”-deyə, Rubin xəbərdarlıq edib.

Qeyd edək ki, bir neçə il öncədən İranda Xamneyidən sonrakı dövrə hazırlıq işləri başlayıb və mühafizəkar cərəyanın əsas fiqurlarından olan İbrahim Rəisinin prezident seçdirilməsi bu hazırlığın tərkib hissələrindən biridir.

Bununla yanaşı İnqilab Keşikçiləri Korpusu öncəkilərə nisbətən mövqelərini daha da gücləndirməyə, ölkənin bütün böyük iqtisadi layihələrini ələ keçirmək uğrunda mübarizədə bütün rəqiblərini sıradan çıxarmağa başlayıb.

Mütəxəssislərin fikrincə İnqilab Keşikçiləri Korpusu daha da gücləndirilməsi, İbrahim Rəisinin prezident kürsüsünə oturdulması hazırkı ali rəhbərin oğlu Müctəba Xamneyinin növbəti ali rəhbər kimi təyin olunmasına dair planlara qulluq edir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar