SON XƏBƏRLƏR

“Xameneyinin narahatçılığı və erməni sevgisi” – Əhməd Obalıdan SENSASSİON AÇIQLAMA-EKSKLÜZİV

2022.07.21, 16:20
“Xameneyinin narahatçılığı və erməni sevgisi” – Əhməd Obalıdan SENSASSİON AÇIQLAMA-EKSKLÜZİV

Gunaz.tv

“Xameneyi bilir ki, Zəngəzur dəhlizinin açılması nəinki İranla Ermənistanın əlaqələrini kəsmir, hətta yeni kommunikasiya xətləri əlaqələrin daha da genişləndirilməsinə səbəb olacaqdır. Bu, İrana əlavə imkanlar verəcəkdir. 

Amma İran bu dəhlizin açılmasından narahatdır. İndi sual yaranır. Bu dəhliz İrana əlavə imkanlar verəcəksə, Xameneyi bundan niyə narahatdır? 

Onların narahatçılığı heç də erməni sevgisindən irəli gəlmir. İranı narahat edən Türkiyə və Azərbaycanın əlaqələrinin daha da genişləndirilməsidir. Çünki farsçılıq ideologiyası Turan və türkün əleyhinədir. Bu, İran dövlətinin siyasi xəttidir”, - Əhməd Obalı bildirib.

Onun fikrincə, Xameneyinin narahatçılığının səbəblərindən biri də Naxçıvanla bağlıdır.

"İran Azərbaycanı Naxçıvan məsələsində bir növ asılı saxlamaq istəyir.

Ermənilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdiyi vandalizmə, oradakı məscidlərin dağıdılmasına, donuz saxlanılan yerlərə çevrilməsinə səssiz qalan, etiraz etməyən Xameneyi və İranın  digər rəsmi şəxsləri indi Ermənistanı müdafiə edirlər.

Halbuki, ermənilər məscidləri təhqir etməklə İslam dininə görə çox böyük bir günah iş görüblər. 

Onların bütün bu vəhşiliklərə, İslamın təhqir olunmasına etiraz etməmələrinin əsas səbəbi farsçılıq ideologiyasına sadiq olmalarıdır. 

Onların nəzərində farsçılıq ideologiyası İslamdan üstündür. Erməni xristiandır, Azərbaycan isə müsəlmandır, özü də şiədir. Amma yenə də İran dövləti erməninin tərəfindədir”, - Güneyli fəal vurğulayıb.
Əhməd Obalı deyib ki, Xameneyinin bu davranışı onların nöqteyi-nəzərində lazımlı və təbiidir. İranda türk düşmənçiliyi davam edir.

Xameneyinin özünün də türk olmadığını deyən Obalı bildirib ki, onun 29 cəddində zərrə qədər türk qanı yoxdur. Xameneyinin bu mövqeyi farsçlıq siyasətinin davamıdır.

“Xameneyinin bu mövqeyinə biz də adekvat reaksiya verməliyik. Əgər biri bizə düşmənçilik edirsə, biz ona dost əlimizi uzada bilmərik. 

Güney Azərbaycandakı milyonlarla soydaşımız Vətən müharibəsində İran dövlətini məcbur etdi ki, siyasətini dəyişdirsin, ermənilərə hərbi yardım göstərməsin. İran dövləti zahiri də olsa siyasi xəttini dəyişdirməyə məcbur oldu. Əyalət mollaları bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. 

Amma bütün bunlara baxmayaraq, İran ermənilərə gizli silah və yanacaq göndərilməsini davam etdirdi. İran ordusunun ərzaqlarının Ermənistana göndərilməsindən də bizim məlumatımız vardır.

Azərbaycan dövləti bilməlidir ki, Güney Azərbaycandakı türklər İran dövlətinin qarşısında durmağa qadirdirlər. 

Yetər ki, Azərbaycan dövləti Güneyə açıq-aşkar dəstək versin. Əgər İranın əlində Azərbaycanın əleyhinə 30 milyonluq bir potensial olsaydı, İran ondan çoxdan istifadə edib Azərbaycanı dağıdardı. Halbuki, Azərbaycan həmişə yaxşı qonşu olmaq istəyib. 

Amma düşmənə qarşı yaxşı qonşu olmaq çox-çox çətindir. Azərbaycan dövləti və hakimiyyəti bu gün təkcə 10 milyonun dövləti və hakimiyyəti deyil. Azərbaycan bu gün 50 milyonluq azərbaycanlının dövlətidir”, - Əhməd Obalı bildirib.
O, Güney azərbaycanlıların Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda ayağa qalxdığını xatırladıb.

“Bu uğurda həbsə düşənlər, işgəncə görənlər oldu. İranın ermənilərə dəstək verməsinə etiraz edənlərin məhkəmələri hələ də davam edir.

Cənublular inanır ki, Azərbaycan dövləti onları sahibsiz buraxmayacaq. Biz İran fars dövlətindən deyil, öz dövlətimizdən umuruq. Bu gün Urmiya gölünü qurutmaq İran dövlətinin rəsmi siyasətinə çevrilib. Güney azərbaycanlılara sahib çıxmaq lazımdır”, - Əhməd Obalı əlavə edib.

https://tns.az/gundem/8139-xameneinin-narahatchilighi-ve-ermeni-sevgisi-ehmed-obalidan-sensasion-achiqlama/

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar