SON XƏBƏRLƏR

Amerika 28 Çin şirkətinə sanksiya tətbiq edib- Uyğur türklərinə görə

2021.10.20, 07:36
Amerika 28 Çin şirkətinə sanksiya tətbiq edib- Uyğur türklərinə görə

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Ticarət Nazirliyi Çinin müsəlman uyğur türklərinə qarşı həyata keçirdiyi repressiya siyasətinə görə, bu ölkənin 28 şirkətinə qarşı sanksiyalar qəbul edib.

 

Bu barədə məlumat ABŞ Federal Reyestrinin bazasında dərc edilmiş sənəddə qeyd edilib.

 

“Bu 28 təşkilat ABŞ hökuməti tərəfindən ABŞ-ın xarici siyasət maraqlarına zidd olduğu üçün müəyyən edilib. Həmin təşkilatlar Sinszyan-Uyğur Muxtar Vilayətində Çinin uyğurlara, qazaxlara və digər müsəlman azlıqların üzvlərinə qarşı apardığı insan haqlarının pozulması siyasətində iştirak edirlər. Təşkilatların hamısı Çin Xalq Respublikasının ərazisində fəaliyyət göstərirlər”, - deyə sənəddə qeyd olunub.

 

Məhdudiyyətlər bu təşkilatlarla əlaqəli obyektlərə münasibətdə ixrac, təkrar ixrac, həmçinin lisenziyaların verilməsindən imtina imkanını təmin edəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar