Amerika alimləri Urmu gölünün bərpasına yardım edəcək

2021-04-24 12:06

​​​​​​​İran alimləri və ABŞ-ın Yuta ştatı Universitetinin su resursları mühəndisləri Urmu gölünün bərpası ilə ortaq elmi araşdırmalara başlayıb.

Gunaz.tv Quote | Gunaz article

İranın “Tərbiyət Müdərris” Universitetinin professoru Süməyyə Sima 2018-ci ildə Amerikanın Yuta Ştatına gedərək Yuta Dövlət Universitetinin su resursları üzrə professoru Rosenberg ilə görüşüb. İranlı alim Amerikanın qərb əyalətlərində çay hövzələrində inteqrasiya edilmiş suların idarə edilməsi, suyun saxlanılması sahəsi üzrə təcrübə qazanıb.

 

Bu barədə Təbrizin “Azərəncümən” xəbər saytı “EurekAlert” agentliyinə istinadən xəbər yayıb. "Unikal əməkdaşlıq" başlığı ilə dərc olunan yazıda Amerikanın Təbii Sərvətlər Kollecinin professorları Vayne Vortsbo, Sara Knoll və Karin Kettering də bu çoxşaxəli araşdırmanın limologiya və ekologiya bölmələrində əməkdaşlıq edirlər.

 

Bu qrup 40 ildir ki, Urmu gölünün və onun bir çox ekosistemini müəyyənləşdirən səkkiz kriteriya barədə məlumat toplayırlar. Onların tapıntıları regional tədqiqatlar jurnalı “Hidrologi”nin son sayında dərc edilib.

 

“Amerikalı və iranlı tədqiqatçılar arasında bu əməkdaşlıq əvəzolunmazdır, çünki ortaq cəhətlər çoxdur və bu problemləri necə həll edəcəyimizi yalnız birlikdə müəyyən edə bilərik”-deyə, Süməyyə Sima açıqlamasında bildirib.

 

Alim sonda Urmu gölünün mövcud vəziyyəti ilə bağlı fikrini bu cür ifadə edib: "Göldə suyun səviyyəsinin müxtəlifliyini qəbul etməliyik. Səylərimizi mümkün olan yerlərdə bərpa etməyə yönəltməliyik. Bunu etmək o qədərdə asan bir iş deyil. Bu hər kəsin işidir və faydalı dəyişiklik etmək üçün ictimai dəstəyə ehtiyacımız olacaq".

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19