SON XƏBƏRLƏR

Amerika "B61-12" nüvə bombasını sınaqdan keçirib

2021.10.20, 07:36
Amerika "B61-12" nüvə bombasını sınaqdan keçirib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi-Hava Qüvvələri Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi ilə birlikdə ilk dəfə olaraq "B-2 Spirit" strateji bombardmançı təyyarələrlə "B61-12" idarə olunan nüvə bombasını sınaqdan keçirib.

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin press-relizində bildirilir.

 

Məlumata görə, təyyarənin nüvə bombasını daşımaq qabiliyyətini müəyyənləşdirmək və bombanın qeyri-nüvə funksiyalarını nümayiş etdirmək məqsədi ilə keçirilən sınaqlar birgə testlərin tərkib hissəsidir. 

 

Qeyd olunan bombanın sınağı bundan əvvəl  F-15E qırıcı təyyarənin vasitəsi ilə 2 dəfə Nevada ştatındakı poliqonda keçirilib. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar