"İranla heç bir razılaşmadan söhbət gedə bilməz”- Amerika rəsmisi

2021-06-24 10:07

ABŞ Dövlət Departamentinin sözçülərindən biri Vyana aparılan nüvə danışıqları ilə bağlı açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

İyunun 23-də mediaya açıqlama verən sözçü İran rəsmilərinin Vyanada aparılan nüvə danışıqlarında bütün məsələlər barədə tam razılıq əldə olunması ilə bağlı səsləndirdiyi bəyanatları rədd edib.

İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi dünən jurnalistlərlə görüşündə Vyana müzakirələrində xeyli inkişaf əldə olunduğunu, tərəflərin bir çox sahələrdə, o cümlədən də iqtisadi məsələlərdə tam razlığa gəldiyini və İrana qarşı tətbiq edilən sanksiyaların tezliklə aradan qaldırılacağını bildirmişdi.


“Hazırda bank, sığorta, neft və gəmiçilik mövzularında artıq söhbətimiz qalmayıb. Mövcud razılaşmaya görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın hökumətində ölkəmizə qarşı tətbiq olunmuş 1040 sanksiya aradan qaldırılacaq, dini liderlə (Xamneyi-red) əlaqədar şəxs və qurumlara qoyulan sanksiyaların aradan qaldırılması xüsusunda da razılığa gəlinib”, -deyə Mahmud Vaizi demişdi.


ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən sözçülərindən biri “Röyters” agentliyinə açıqlamasında Mahmud Vaizinin dediklərini təkzib edərək deyib ki, Vyanadakı danışıqlarda bütün məsələlər barədə razılıq əldə olunmayana qədər İranla hər hansı bir razılaşmadan söhbət gedə bilməz.


“Müzakirə aparan tərəflər bəzən mümkün razılaşmanın ilkin mətnlərini hazırlaya, ortaya qoya bilərlər. Lakin bildiririk ki, bütün məsələləri əhatə edən mövzular haqda razılığa gəlinməyincə, hər hansı bir razılaşma da olmayacaq.


Belə mürəkkəb olan danışıqlar boyunca müzakirəçilər elə bir mətni yazıb hazırlamağa çalışırlar ki, İranın nüvə proqramı ilə bağlı bütün əsas məsələlərə şamil edilsin və bir daha bildirirəm ki, tərəflər arasında ixtilaf mövzusu olan bütün məsələlərdə razılaşma olmayana qədər İranla hər hansı bir saziş də olmayacaq”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib. 


Qeyd edək ki, Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanın İranla Vyanada apardığı nüvə danışıqlarının 6-cı mərhələsi ötən bazar günü başa çatıb və müzakirələrə qatılan həmin ölkələrin nümayəndə heyətləri öz hökumətləri ilə məsləhətləşmək üçün öz paytaxtlarına qayıdıblar. 


Amerika isə bu danışıqlara dolayısı ilə qatılır.

محمود واعظی

                                                                             İran prezident aparatının rəhbəri Mahmud Vaizi 
 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31