SON XƏBƏRLƏR

Amerika-Çin münasibətləri gərginləşir –Pekin Amerikaya nota verdi

2021.10.20, 07:36
Amerika-Çin münasibətləri gərginləşir –Pekin Amerikaya nota verdi

Gunaz.tv

GünAz TV: Çin Xalq Respublikası Amerikaya nota verib.

 

Çinin bu addım atmasına səbəb Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın Tayvan-ABŞ qarşılıqlı səfərlərin həyata keçirilməsi və Tayvan rəsmlərinin ABŞ-a daxil olmasını nəzərdə tutan qərar imzalaması olub.

 

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang bildirib ki, Çin Trampın məlum qərarına qarşıdır və bu səbəbdən də Vaşinqtona nota verilib.

 

Trampın imzaladığı qərarın heç qanuni əsaslara söykənmədiyini qeyd edən Çin diplomatı əlavə edib ki, bu qərar “Tək Çin” modelini təkzib edir və Tayvanın müstəqillik tərəfdarlarına “ciddi səhv siqnal” göndərir.

 

Çinli diplomat deyib ki, Çin Amerikanın bu səhvini düzəltməyə, Tayvanla əlaqələrini inkişaf etdirməyi dayandırmağa dəvət edir. Teleqraf.com

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar