SON XƏBƏRLƏR

Amerika Çinin “Cosco” gəmiçilik şirkətinə İranla əməkdalığını minimuma endirmək üçün 2 ay vaxt verib”

2021.10.20, 07:36
Amerika Çinin “Cosco” gəmiçilik şirkətinə İranla əməkdalığını minimuma endirmək üçün 2 ay vaxt verib”

Gunaz.tv

GünazTV: Amerikanın Maliyyə Nazirliyi Çinin “Cosco” gəmiçilik şirkətinə İranla əməkdaşlığını azaltmaq üçün 2 ay vaxt verib.

 

Nazirliyin oktyabrın 24-də yaydığı bəyanatında bildirilir ki, əgər Çinin “Cosco” gəmiçilik şirkəti Amerikanın sanksiyalarına məruz qalmaq istəmirsə, dekabrın sonlarına qədər İranla apardığı bigə fəaliyyətini minimuma endirməlidir: “Amerika Maliyyə Nazirliyinin sanksiyaları dekabrın 20-ə qədər “Cosco” kirkətinə şamil edilməyəcək. Lakin əgər həmin tarixdən sonra Çin şirkəti İranla əməkdaşlığını azaltmasa, Amerika hökumətinin sanksiyalarına məruz qalacaq” –deyə,  Amerika Maliyyə Nazirliyinin yaydığı bəyanatında bildirilir.

 

Çinin “Cosco” gəmiçilik şirkəti hələ ki, ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatına hər hansı bir reaksiya verməyib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar